Mirasını meymunlara buraxdıbackend

Mirasını meymunlara buraxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin xəbərinə görə, Hindistanın Uttar Pradeş əyalətində yaşayan Şabita və Brajesş Srivastava cütlüyü uşaqları olmadığı üçün 2004-cü ildə aldıqları və Çunmun adını verdikləri meymuna kiçik bir sərvət bağışlayıblar.

Ev, bağ, pul və şirkətlərini oğulları kimi gördükləri meymunlarına miras qoyan cütlük bütün qohumları ilə əlaqələrini kəsiblər. Əvvəllər kasıb olan cütlük bir müddət sonra olduqca zəngin olublar. Çox istəmələrinə baxmayaraq uşaq sahibi ola bilməyən cütlük övlad həsrətlərini onunla son qoymağa çalışıblar.

Meymuna xüsusi otaq hazırlayan cütlük onun bütün ehtiyaclarını qarşılamağa çalışırlar. 40 yaşına qədər yaşayacağını düşündükləri meymun onlardan daha çox yaşayarsa çox zəngin olacaq.

İnterpress.az