Phoenix şəhərində yaşayan Zachary Norris 6 dollara aldığı saatı 35 min dollara sataraq hər kəsi heyrətləndirib
Norris ikinci əl malların satıldığı Goodvil mağazasından 6 dollara sadəcə 900 ədəd istehsal edilmiş, nadir tapılan dalğıc saatı alıb. Köhnə saatlardan anlayan Norris saatın tarixi dəyəri olduğunu satıcıya demədən 6 dollara onu alıb. Bir neçə saat sonra isə internetdə satışa çıxarıb. Saat kolleksiyaçılarından birinin diqqətini cəlb edən İsveç istehsalı olan saat sahibinə 35 min dollar qazandırıb.