Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 isti, dağlarda isə gecə 7-12 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Fevralın 23-dən başlayaraq hava şəraitinin mülayimləşəcəyi gözlənilir.
İnterpress.az