İŞİD qədim məscidi partlatdıbackend

İŞİD qədim məscidi partlatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maksimum dağıntının olması üçün terrorçular Allah evinin ətrafına bütün perimetr boyu partlayıcı qoyublar.

Nəticədə məscid bünövrəsinə kimi dağılıb. Bu barədə Anbar əyaləti administrasiyasının rəsmisi Sülayman əl-Kabisi bildirib.

Sözügedən məscid VII əsrin birinci yarısında, islamın təzə-təzə təşəkkül tapdığı zamanlarda inşa edilmişdi. O vaxtdan o, dəfələrlə restavrasiya olunmuş və son günlərədək müsəlmanlar üçün olduqca müqəddəs məkan kimi əyalət hakimiyyətinin xüsusi hesabında idi.

İraqın Turizm və Qədim Abidələr Nazirliyinin məlumatına görə, yarım ildən də az bir müddətdə İŞİD ölkə ərazisində müstəsna tarixi əhəmiyyət kəsb edən 30 dini tikilini məhv edib.

İnterpress.az