89 oğlan uşağını qaçırdılarbackend

89 oğlan uşağını qaçırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Associated Press agentliyinin məlumatına görə, Yuxarı Nil ştatının Vay Şiluk şəhərindəki məktəbdə oxuyan uşaqlar imtahan zamanı qaçırılıblar.

Şahidlərin sözlərinə görə, silahlı şəxslər yaşayış məntəqəsini mühasirəyə alıblar. Sonra hər bir evi axtararaq 12 yaşdan böyük oğlan uşaqlarını götürüb aparıblar. Hücumu hansı qruplaşmanın etdiyi hələlik bilinmir.

Hüquq müdafiəçiləri bildirirlər ki, Cənub Sudandakı silahlılar oğlan uşaqlarını xidmətçi və döyüşçü kimi istifadə edirlər.

Cənubi sudanda vəziyyət qeyri stabil olaraq qalır.

Ötən il paytaxt Cubada prezident Salva Kiirin ölkədə silahlı çevriliş cəhdi barədə açıqlamasından və Rieka Maşaranın rəhbərlik etdiyi üsyançıları günahlandırmasından sonra silahlı qarşıdurmalar qızışıb. 2011-ci ildə Sudandan ayrılan Cənubi Sudan artıq humanitar fəlakət həddindədir.

İnterpress.az