Azərbaycanlı jurnalistlər İstanbulda Qarabağ ktab sərgisi təşkil etdibackend

Azərbaycanlı jurnalistlər İstanbulda Qarabağ ktab sərgisi təşkil etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyənin İnsani Yardım Vəqfinin yardımı ilə “The Green Park Hotel Merter”də Qarabağla bağlı kitab sərgisi keçirilib. Sərginin təşəbbüsçüsü Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, “bu işdə İHH bizə yardımçı oldu. Azərbaycandan Qarabağ və Xocalı ilə bağlı apardığımız kitab və disklərlə yanaşı İHH-nın Xocalının 23-cü il dönümünə həsr olunan Xüsusi Buraxılışı” da təqdim olundu”.

Qarabağla bağlı kitablara ciddi marağın olduğunu qeyd edən Aqil Ələsgərin sözlərinə görə, “Biz Qazaxıstanda başladığımız “Qarabağ” sərgisini ötən il İnegöldəki Türk Şölənində də keçirmişdik. Gələcəkdə daha geniş şəkildə bu sərgini keçirmək planlarımız var. Bu il sərginin keçirilməsində İHH başqanı Bülent Yıldırım, İHH-nın qurucu üzvlərindən Hüseyin Büyükfırat və İHH Araşdırma Mərkəzi başqanı Ahmet Emin Dağın böyük yardımları oldu”.

Aqil Ələsgər qeyd edib ki, bu dəfəki kitab sərgisinin keçirilməsində Avropa.info saytının baş redaktoru Ruslan Bəşirlinin də xidmətləri olub. Sərgidə Azərbaycanın İstanbul konsulu Kənan Murtuzov da iştirak edib.

Azərbaycanlı jurnalistlər İstanbulda Qarabağ ktab sərgisi təşkil etdi

Azərbaycanlı jurnalistlər İstanbulda Qarabağ ktab sərgisi təşkil etdi

İnterpress.az