İnterpress.az xəbər verir ki, sənədin lehinə 3, əleyhinə isə 68 nəfər səs verib. Bitərəf qalan deputat olmayıb. Sənədin müəllifi müxalif deputat Nikol Paşinyan olub. Paşiyan rəsmən Ermənistan Milli Konqresinin (EMK) üzvü olsa da çoxdandır qurumla əlaqələri kəsib.
Konqresin parlamentdəki fraksiyasının rəhbəri Levon Zurabyan sənədi tənqid edərək “natamam və zəif” adlandırıb. Müxalif deputat Aleksandr Arzumanyan isə sənədi dəstəkləyib. O bildirib ki, əgər müxalifət Sarkisyanın istefasını istəyirsə, istənilən bu cür təklifləri dəstəkləməlidir.
İnterpress.az