Bu barədə məlumatı İnterpress.az-a kömək üçün rayondan Bakıya gələn Zenfira Quliyeva bildirib.
Onun sözlərinə görə, valideynlərini və qardaşını itirdikdən sonra göstərilən ünvanda tək yaşayır:“Ev 1948-ci ildə çiy kərpicdən tikilib. Zəlzələdən sonra dəfələrlə müraciət etdikdən sonr Göyçay Rayon İcra Hakimiyyəti 2002-ci ildə 750 dollar yardım ayırdı. Ancaq bu müddətdə ev uçub dağılıb, kirayədə də yaşamağa heç bir maddi imkan yoxdur. Buna görə də küçələrdə qalmışam. Evdə yaşamaq çox təhlükəlidir. Hər dəfə külək əsəndə, yağış-qar yağanda qonşular evin tamamilə uçacağından ehtiyatlanırlar. Artıq bu vəziyyətdə yaşamaq mümkün deyil”.
Məsələ ilə bağlı qonşuların köməyi ilə “Təmiz dünya” İctimai Birliyinə müraciət edən Zenfira Quliyeva ilə bağlı sənədlər hazırlanaraq Fövqəladə Hallar Nazirliyinə təqdim ediləcək.
Elnarə
İnterpress.az