Yevlaxda yol qəzasında ölənlərin adları məlum olubbackend

Yevlaxda yol qəzasında ölənlərin adları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəza Bakı-Qazax-Gürcüstan yolunun 304-cü kilometrliyində – Yevlax rayonun Aran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayon sakini, 1953-cü il təvəllüdlü Vilayət Hidayət oğlu Qədirovun idarə etdiyi 10-MD-044 dövlət nömrə nişanlı, “Toyota” markalı avtomobillə, Şəki rayon sakini, 1956-cı il təvəllüdlü Nüsrət Əyyub oğlu Səmədovun idarə etdiyi yük avtomobili toqquşub.

Nəticədə “Toyota”nın sürücüsü və sərnişinləri – Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Sevil Məhəmməd qızı Qədirova, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Zahirə Hidayət qızı Rəşidova və Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Şahin Ağa oğlu Ağayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az