A. Yunusun vəkili Əfqan Məmmədov APA-ya bildirib ki, müdafiə etdiyi şəxsin həbs müddətinin 5 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Ötən il avqustun 5-də həbs edilən A. Yunusun barəsində məhkəmə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Oktyabr ayında həmin müddət fevral ayına kimi artırılıb.
İnterpress.az