İddiaya görə, ölkə prezidentinin sərəncamı ilə adı dəyişdirilən, bütün ölkədə enerji təchizatı və enerji satışı ilə məşğul olacaq “Azərişıq” “Azərenerji”nin qəzəbinə tuş gəlib. Belə ki, “Azərenerji” “Azərişığ”a qarşı əhalidə inamsızlıq yaratmaq və yeni qurumun öz vəzifəsinin öhdəsindən gələ bilməcəyinə inandırmaq üçün təxribata əl atıb.
“Azərişıq” isə bu barədə iddiaları təkzib edir. “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, ortada heç bir təxribat olmayıb: “Sadəcə “Azərenerji”nin balansında olan Əhmədli yarımstansiyasındakı 110 /35 KvL-luq dayaq aşmışdı. Buna səbəb isə güclü külək olub. Bəsləyəici kabel xətləri zədələnmişdi. Bizim əməkdaşlarımızın da köməkliyi ilə axşam saatlarından etibarən enerji verilişi bərpa edilib.
“Azərenerji”nin mətbuat xidmətindən telefonlara cavab verilmədiyindən qurumun məsələ ilə bağlı münasibətini öyrənmək mümkün olmayıb.
Elnarə
İnterpress.az