Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Şamaxının Şəhriyar qəsəbəsində qeydə alınıb.
Kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Samir Vüqar oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1994-cü il təvəllüdlü Manafov İsmayıl Pənah oğlunu və onun qardaşı, 1996-cı il təvəllüdlü Manafov Ramil Pənah oğlunu bıçaqlayıb.
Hadisəni törədən Samir İbrahimov hadisə yerindən qaçıb.
Xəsarət alan qardaşlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunublar.
Hazırda Samir İbrahimovun tutularaq istintaqa təhvil verilməsi üçün Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.