İnterpress.az xəbər verir ki, “Global Burden of Diseases Nutrition and Chronic Diseases Expert Group” (NutriCoDE) bu sahədə araşdırmalar aparıb. “The Lancet Global” jurnalında çıxan məqalədə 4,5 milyard insanın qida rasionu tədqiq edilib. Dünyadakı insanların 90%-ni əhatə edən sosial araşdırmaya görə, ən çox tərəvəz yeyilən ölkələr aşağıdakılardır:
1.Tunis
2.Barbados
3.Kabo-Verde
4.Marviki
5.İsrail
6.Qətər
7.Kipr
8.Seyşel adaları
9.Mali
10.Qrenada
Jurnalda həmçinin “fast-food” qidalarının ən çox istifadə edildiyi ölkələrin sıyahısı da verilib.
1.Azərbaycan
2.Çexiya
3.Slovakiya
4. Belçika
5.Xeylunçzyan (Çinin əyaləti)
6.İslandiya
7.Belarus
8.Litva
9.ABŞ
10.Rusiya
Kembric Universitetinin mütəxəssisi, araşdırmanın müəllifi Fumiaki İmamuranın sözlərinə görə, 2020-ci ildə dünyadakı ölümlərin 75%-i infeksion xəstəliklərdən yox, düzgün olmayan qidalanmadan və həyat tərzindən baş verəcək. İnsanlar düzgün qidalanmağa başlasalar bunun qarşısını nisbətən ala bilərlər.
İnterpress.az