Seperatçı rejim: “Girovlar qaytarılmayacaq”backend

Seperatçı rejim: “Girovlar qaytarılmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, özünü qondarma rejimin mətbuat katibi adlandıran David Babayan azərbaycanlı girovların qaytarılmasının mümkünsüz olduğunu açıqlayıb.

O, ABŞ dövlət Departamentinin çağırışını qəribə hesab edərək, separatçı rejimin mövqeyinin artıq açıqlandığını bildirib: “Azərbaycan Ramil Səfərovu qəhrəmana çevirir, amma bu cür bəyanatlar olmur. İndi isə Azərbaycan lobbisi hansısa cəhdlər etməyə çalışır. Hesab edirəm, məsələ bağlanıb. Biz humanitar jest edərək açıq, şəffaf məhkəmə işi aparmışıq”.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib.

İnterpress.az