Amerikalı qubernator Xocalıdan yazdıbackend

Amerikalı qubernator Xocalıdan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda qubernator Natan Dil Corciya ştatı adından 23 il bundan əvvəl Xocalıda baş verən qətliamla bağlı kədərini ifadə edərək, bu faciəvi günü yad edənlərə qoşulduğunu bildirib.

Bəyanatda qeyd olunur ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətliam nəticəsində 600-dən çox mülki insan həyatını itirib. Həmçinin vurğulanır ki, gələcəkdə belə dəhşətli hadisələrin baş verməməsi üçün bu kimi faciəvi günlərin yad edilməsi olduqca önəmlidir. Sonda Qubernator Xocalı qətliamının ildönümü ilə bağlı tədbirlərin təşkilini təqdir edib: “Qoy belə faciələrin tariximizin səhifələrini bir daha ləkələməsinə heç zaman yol verilməsin”.

Qeyd edək ki, bu, Corciya qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir. ( apa )

İnterpress.az