Bu miqdar kiber cinayətkarlar üçün təsis edilən ən böyük mükafatdır. İnterpress.az xəbər verir ki, Yevgeniy Boqaçov adlı haker keçən il 100 milyon dollardan artıq pulun oğurlandığı hadisədə əli olmaqda ittiham edilir.
Sonuncu dəfə Rusiyada görülən Boqaçov FTB tərəfindən axtarılan kiber cinayətkarlar siyahısının başındadır. ABŞ-la Rusiya arasında cinayətkarların ekstradisiyası barədə hər hansı müqavilə olmadığı üçün Boqaçovun həbs olunması asan görümür.
İnterpress.az