İnterpress.az xəbər verir ki, bunu Rusiyada yaşayan azərbaycanlı oliqarx, “Azərros”un fəxri prezidenti Söyün Sadıkov bildirib.
Onun sözlərinə görə, 2010-cü ildə Rusiyada azərbaycanlıların sayının 603 min nəfər olduğu göstərilib: “Aydındır ki, bu, doğru olmayan məlumatdır. 1980-cı illərin sonunda təkcə Dağıstanda 300 min azərbaycanlı yaşayırdı. Qarabağ müharibəsindən və SSRi-nin dağılmasından sonra azərbaycanlıların Rusiyaya gəlməsi halları daha da artdı”.
Rusiyada əmək miqrantlarının üzləşdikləri problemlərdən danışan Söyün Sadıkov bütün əcnəbilərin bu problemlərlə qarşılaşdığını deyib: “Sovet dönəmində Rusiyada yaşayan azərbaycanlılar rus icmasına tamamilə inteqrasiya edilib. Daha sonra Rusiyaya gələnlər hələ də adaptasiya prosesini yaşayırlar. Mən deyə bilmərəm ki, məhz azərbaycanlı olduğu üçün onların hüquqları pozulur”.
İnterpress.az