Havanın temperaturu 14 dərəcəyədək yüksələcəkbackend

Havanın temperaturu 14 dərəcəyədək yüksələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günün birinci yarısında bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şimal və şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

İnterpress.az