İnterpress.az xəbər verir ki, Universitetin türk tələbələri 21 fevral Beynəlxalq Ana Dili günü ilə bağlı konfrans keçirmək istəyib. Universitet rəhbərliyi tələbələrin bu müraciətinə müsbət cavab verib.
Ancaq Cabir Bin Hayyan salonunda keçirilməsi nəzərdə tutulan konfrans son anda təxirə salınıb. Bu barədə qərar İranın Milli Təhlükəsizlik Şurasının tələbinə əsasən verilib.
Buna səbəb konfransın pantürkist düşüncəyə sahib tələbələr tərəfindən təşkil edilməsi göstərilib.
İnterpess.az