11 yaşlı oğlanı zorlayana cəzabackend

11 yaşlı oğlanı zorlayana cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eldar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Eldar Cəfərov keçən il özünün işlətdiyi kiçik ticarət köşkündə azyaşlı oğlana təcavüz edib. O, Xırdalan şəhər sakini 11 yaşlı Samiri (ad şərtidir) zorlayıb.

Hadisə ilə bağlı azyaşlının anası Abşeron rayon polis şöbəsinə məlumat verib. Daha sonra Eldar Cəfərov həbs edilib və araşdırmalarla onun cinayəti sübuta yetirilib. ( lent.az )

İnterpress.az