Hadisə fevralın 25-də Cəlilabad şəhər 7 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Ə.Ə. özünü məktəbin 3-cü mərtəbəsindən atıb.
Qız müəllimləri tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hazırda vəziyyətin orta-ağır olduğu bildirilir.
İntihara cəhdin səbəbləri hələlik məlum deyil, faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır. ( apa )
İnterpress.az