“Ulu peyğəmbər-9” adlı təlimdə Amerikanın təyyarə daşıyan gəmisinin real ölçülərdə hazırlanan surəti raketlərlə vurularaq batırılıb.
İnterpress.az xəbər verir ki, təlimlə Hörmüz boğazıyla Bəsrə körfəzində keçirilib. Ordu da təlimlərə dəstək verib.
Müxtəlif gəmi və qayıqlarla əhatəyə alınan “ABŞ gəmisi” əvvəlcə sahildən göndərilən raketlə vurulub. Daha sonra qayıqlardan, helikopterdən də maket gəmiyə atəş açılıb.
Təlimin digər mərhələsində onlarla hücum qayığı 10 dəqiqə içində böyük bir sahəyə minalar yerləşdirib.
İnterpress.az