Saakaşvili: “Postsovet məkanının taleyi Ukraynada həll olunur”backend

Saakaşvili: “Postsovet məkanının taleyi Ukraynada həll olunur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti yazıb. Saakaşvili hazırda Ukrayna prezidenti yanında Beynəlxalq İslahatlar Şurasına rəhbərlik edir.

Eks-prezident qeyd edib ki, Ukrayna hazırda Avropanın böyük dövlətidir: “Hazırda Ukraynada postsovet ölkələrinin korrupsiyadan, effektiv olmayan idarəetmədən, qeyri-azad sistemdən azad olub- olmamasının taleyi həll olunur. Ukraynadakı islahatlar asan iş deyil”.

Saakaşvili bildirib ki, Ukraynada kardinal dəyişikliklər qaçılmaz deyil. Ukrayna bununla inkişaf etməkdə olan ölkələr üçün nümunə olmalıdır: “Ukrayna demokratik islahatlarla və iqtisadi inkişafla ətraf ölkələr üçün cəlbedici olmalıdır. Necə ki, bunu vaxtilə Qərbi Almaniya etmişdi. Uğurlu Ukrayna Rusiyanı da dəyişə bilər. Rusiya Ukrayna ilə bağlıdır və ruslar üçün yaxşı bir nümunə ola bilər”.

Mixael Saakaşvili bununla yanaşı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin vacib olduğunu deyib.

İnterpress.az