İnterpress.az xəbər verir ki, 62 il qanunvericilikdə qalan maddənin konstitusiyaya uyğun olmaması barədə rəyi Konstitusiya Məhkəməsinin 9 hakimindən 7-i dəstəkləyib.
“Xəyanətə görə cəza insanların şəxsi həyatının toxunulmazlığı və seksual partnyor seçmək haqqına müdaxilədir” deyə hakimlərdən biri söyləyib.
1953-cü ildən bəri qüvvədə olan qanuna görə, xəyanətə görə 2 il həbs cəzası verilə bilərdi. “The Guardian” qəzetinin məlumatına görə, 1985-ci ildən bəri 35 min adam bu maddə iə məhkum olunub.
İnterpress.az