İnterpress.az xəbər verir ki, azı 17 terrorçunun öldürüldüyü bildirilib. Onların arasında İŞİD-in bir neçə komandiri də var.
“Al-Arabiya” kanalının məlumatına görə, aviahücumlar nəticəsində Əbu Müslim Türkmani, Əbu Müslim Çeçeni, Əbu Ubayda əl-Azaui və Tamer Məhəmməd öldürülüb. Təsdiq olunmayan xəbərlərə görə, bombardıman olunan ərazidə İŞİD lideri Əbu Bəkr əl-Bağdadi də olub. Onun sonrakı taleyi haqda heç bir məlumat yoxdur.
Hücumlardan sonra terrorçular ərazidə canlı qüvvəni artırıblar. Koalisiya yerli əhalini evdən çıxmamağa çağırıb.
İnterpress.az