Uşaq evindən çıxan qızı iynə vurub yatırtdılar – BAKIDAbackend

Uşaq evindən çıxan qızı iynə vurub yatırtdılar – BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı İnterpress.az-a birliyin nümayəndəsi Məlahət Nəbiyeva verib.

Məlahət Nəbiyevanın sözlərinə görə, gənc qızın işi və qalmağa yeri yoxdur: “Təşkilata müraciət edən Adilə Babayeva bildirib ki, uşaq evindən çıxdıqdan sonra onu maşın vurub. Ayaqları əzilib. 2 saylı dipanserə aparılıb. Özünün dediyinə görə, orda onu 15 gün müddətində saxlayıblar. İddiasına görə, bu müddət ərzində ona iynə vurub yatırıblar. 15 gün sonra ayılıb və bizə müraciət edib. Sənədi yoxdur, ilk öncə sənədlə təmin edilməlidir. Əslində anası da, atası da var. Sadəcə anası xəstədir, atası isə çoxdan onları qoyub gedib”.

Adilə Babaye birlik nümayəndəsinə bildirib ki, dispanserdə vurulan iynələrin təsirini hələ də tam keçməyib: “Artıq sığınacaqda yerləşdirilməsi və problemlərinin öyrənilməsi üçün fəaliyyətə başlamışıq”.

Elnarə ƏLOSMANQIZI
İnterpress.az