Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, tədbir zamanı qəsəbə sakinlərindən 60 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 55, hərəkət imkanları məhdud olan 3 nəfərin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri icraata götürülüb.
Bununla yanaşı, həmin qəsəbədəki 195 və 321 saylı orta məktəblərin buraxılış siniflərində oxuyan 21 şagirdə şəxsiyyət vəsiqəsi verilib, 35 nəfərin isə sənədləri qəbul edilib. Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.
İnterpress.az