Tıxac Masazır dairəsindən paytaxt istiqamətinə doğru uzanır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, saat 09:17-də bu yolda avtomobillərin orta sürəti 12,86 km/saat olub.
Hazırda Xırdalan dairəsində yol-patrul xidmətinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkəti tənzimlənir.
Hərəkətin iflic olması I Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə bağlı Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə əlaqədardır.
Xatırladaq ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, beynəlxalq tədbirlə əlaqədar yollardakı təmir və yenidənqurma işləri mart ayının sonuna qədər yekunlaşacaq.
Qeyd edək ki, Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.
İnterpress.az