İnterpress.az xəbər verir ki, tədqiqatçılar 48 könüllünün (hər cinsdən 24 nəfər) çənəsinə elektrodlar qoşulub və hər birini 150 bişmiş düyü veriblər. Sayğac bir dəfəyə yeyilən qidanın miqdarını, hər dəfə neçə çeynəmə hərəkəti etdiyini, dişləmənin gücü və bir çox digər parametrləri ölçüb.
Araşdırmanın məqsədi çeynəmə sürətinin artıq çəkiyə səbəb olub-olmadığını tapmaq olub.
Alimlərin hipotezi özünü doğrultmayıb. Çeynəmə tərzi çəkiyə təsir etməyib. Ancaq bu isbat olunub ki, kişi və qadınların fərqli çəkildə çeynəmə şəkilləri var. Kişi və qadınlarda çeynəmə sürəti demək olar eynidir. Ancaq qadınlar daha çox çeynəmə hərəkəti edir, kişilər isə daha böyük tikələr götürür və daha sürətlə udur.
İnterpress.az