Açıqlamada Azərbaycan tərəfinin yarışda iştirak edəcək milli olimpiya komitələrinin maliyyələşdirməsinə dair yayılan xəbərlərə aydınlıq gətirilib.
Açıqlamada bildirilir ki, bu, Yay və Qış Olimpiya Oyunlarında, həmçinin belə miqyaslı digər qlobal yarışlarda verilən oxşar dəstək (qrantlar), eyni zamanda, Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan ilk Avropa Oyunları ilə bağlı aparılan danışıqların ilkin mərhələsində əhəmiyyətli hissələrdən birini təşkil edib: “Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olub. İştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən 50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir”.
Həmçinin qeyd olunub ki, Oyunlardan sonra Avropa Olimpiya Komitəsi (AOK) rəhbər qurum olaraq yarışın gəlirlərindən əldə edilən 2,5 milyon avro məbləğində vəsaiti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) kimi eyni qaydada Oyunların proqramına daxil edilmiş bütün idman növləri üzrə Avropa milli olimpiya komitələri və federasiyaları arasında böləcək: “İdmançılar istənilən böyük yarışının əsasını təşkil edirlər. Bu məqsədlə, yarışlarda iştirak edən idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin edilməsi qanunidir və məqsədə uyğundur”.
İnterpress.az