Pozuntuya yol verən dövlət orqanlarının adları açıqlanıbbackend

Pozuntuya yol verən dövlət orqanlarının adları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib.

V. Misirov bəzi dövlət orqanlarının struktur dəyişikliyi adı altında vakant vəzifələri Komissiyaya təqdim etmədiklərini də bildirib: “2014-cü il ərzində Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyası və digər bir neçə qurum struktur dəyişikliyini əsas gətirərək Komissiyaya heç bir vakant vəzifə təqdim etməyib. Bir il ərzində struktur dəyişikliyi nə dərəcədə davam edə bilər ki?”

V. Misirov söyləyib ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yarandığı gündən etibarən vakant vəzifələri Komissiyaya təqdim etməyib: “Müraciətlərimizə rəğmən hələ də bu məsələ öz həllini tapmayıb”.

V. Misirov bəzi dövlət orqanlarında Komissiyanın keçirdiyi müsahibələr nəticəsində vəzifəyə təyin olunmuş namizədlərlə görüş adı ilə əlavə müsahibələr keçirilməsinin namizədlərin haqlı narazılığına səbəb olduğunu qeyd edib: “Bundan başqa, 2013-cü ildə keçirilən müsabiqələrin nəticəsi kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə göndərilən təyinatla bağlı namizədlər 8 ay müddətinə gözləmə mövqeyində olublar. Yəni, bu namizədlər heç bir vəzifəyə təyinat almayıb. Halbuki qanunda bu müddət 10 gün nəzərdə tutulur. Bu il isə pozuntular tək Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bitməyib. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən bu müddət 4 ay, Maliyyə Nazirliyi tərəfindən isə 53 gün müddətinə ləngidilib”.

İnterpress.az