İnterpress.az xəbər verir ki, kanalın müxbiri Ece Göksedef bununla bağlı Bakıdan reportaj hazırlayıb. Mərkəzi Bankın fevralın 21-də aldığı qərarla dolların məzənnəsini 0.78-dən 1,05 manata qaldırmasından sonra əhalinin bunu necə qarşılaması və ekspert rəyini öyrənib.
Şəhərin Füzuli meydanında, Fəvvarələr meydanında vətəndaşlar dollarla götürdükləri kreditin devalvasiyadan sonra necə artması, istehlak mallarının bahaşalması barədə danışıblar.
Milli Məclisin deputatı, İqtisadi Siyasət Komissiyasının üzvü Vahid Əhmədov hökumətin bu addımının qiymətinin düşməsiylə azalan neft pullarının bir qisminin konpensasiya edilməsi məqsədi daşıdığını deyib.
İnterpress.az