Hadisə Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində qeydə alınıb. 30 nömrəli marşrut xətti üzrə hərəkət edən “10-TG-380” dövlət nömrə nişanlı sərnişin avtobusu “90-LK-910” nömrəli “Mercedes”ə arxadan çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. ( apa )
İnterpress.az