İnterpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin 2015-18-ci illəri əhatə edən “Tütünlə qarşı mübarizə planı”na əsasən uşaqların istifadə etdiyi bütün açıq sahələr, piyada yolları, idman sahələrində siqaret çəkilməyəcək.
Aeroportlar, avtobus terminalı, qatar vağzalı, alış-veriş mərkəzi, kinozal, teatr, tibb mərkəzləri və digər ictimai yerlərin giriş qapısına beş metrə qədər siqaret çəkilməyinə yasaq qoyulur.
İctimai qurumların açıq sahələrinin yalnız 30%-də siqaretə icazə veriləcək. Həmin yerlərin giriş qapısının 10 metrliyinə qədər yasaq olacaq. Nəzarət üçün bütün vasitələr veriləcək.
Bunlardan əlavə siqareti atmaqla bağlı kampaniyaların da keçirilməsi planlaşdırılır.
İnterpress.az