Bunu İnterpress.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Azər Maqsudovun sözlərinə görə, ötən il dəm qazından zəhərlənmə halları ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı 400 nəfərdən artıq olub: “Bu il isə indiyə qədərki statistikaya əsasən müraciət edənlərin sayı 240 nəfərdir”.
Dəm qazından zəhərlənmə hallarının azalmasına səbəb ötən ilə nisbətən havaların mülayim keçməsi olub.
Ölüm hallarına gəlincə, həm ötən il, həm də bu il xəstəxanada dəm qazından bir ölüm faktı qeydə alınıb.
Elnarə
İnterpress.az