Xocalı soyqırımı mövzusu “Twitter”də birinci olubbackend

Xocalı soyqırımı mövzusu “Twitter”də birinci olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fevralın 26-da saat 15:00-18:00 radələrində Xocalı soyqırımı Twitter-də ən çox münasibət bildirilən və paylaşılan mövzu olub və Twitter Top Trendində birinci yeri tutub. Bu isə onu deməyə əsas verir ki, milyonlarla Twitter istifadəçisi bu faciəyə öz münasibətini bildirib. “Retwit”lərin sayına görə də Xocalı soyqırımı mövzusu rekord həddə çatıb.

Əvvəlki illərdə sosial şəbəkələrdə Xocalı soyqırımı mövzusuna münasibət bildirən şəxslər əsasən Azərbaycan və Türkiyə vətəndaşları, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar və türklər olmuşdular. Bu il isə Twitter istifadəçilərinin əhəmiyyətli hissəsi, müxtəlif ölkələrin vətəndaşları mövzu ətrafında xüsusi fəallıq nümayiş etdiriblər. Xocalı soyqırımına münasibətə gəldikdə, Twitter istifadəçiləri soyqırımı faktını və ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri kəskin şəkildə qınayıblar. Bir çox rəylərdə soyqırımının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınması, ona hüquqi qiymətin verilməsi məsələsi qabardılıb. Soyqırımı qurbanlarına dair vizual görüntülərin intensiv şəkildə paylaşılması da müşahidə olunub.

Diqqəti çəkən xüsusi məqamlardan biri kimi ictimai-siyasi xadimlərin, siyasətçilərin, ekspert və politoloqların, ayrı-ayrı sahələr üzrə tanınmış şəxslərin müzakirələrdə fəal iştirakını qeyd etmək olar. Araşdırma nəticəsində müəyyən edilib ki, “Xocalıya ədalət!” kampaniyası Twitter dünya trendində geniş rezonans doğurub, yerli trenddə isə lider mövzu olub.

İnterpress.az