“Azəryolservis” ASC-nin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə təmir-bərpa işləri aparılır.
İşlərin 1 mart saat 18:00-a kimi yekunlaşdırılması nəzərdə tutulur. Bununla əlaqədar Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.
İnterpress.az