İnterpress.az xəbər verir ki, ABŞ-da yaşayan və Amerika vətəndaşı olan Avijt Roy yoldaşı ilə birgə kitab sərgisində iştirak etmək üçün getdiyi Banqladeşin paytaxtı Dəkkə şəhərində baltayla öldürülüb. A.Royın cəsədi parça-parça edilib, yoldaşı isə ağır yaralanıb.
Dini radikalizmə qarşı yazdığı bloqlarla tanınan A.Roy əslən banqladeşlidir. Onun yazılarına radikal islamçılar tez-tez ona hədəqorxu gəlirdilər.
Hadisədən sonra yüzlərlə insan paytaxt küçələrinə çıxaraq qətli pisləyiblər. Beynəlxalq ictimaiyyətdən də etirazlar gəlir.
Yerli polis müdiri Sirajul İslam Royun üzərinə bir neçə adamın hücum etdiyini bildirib. Hadisə yerində iki balta tapılıb.
Dünyəviliyi müdaiə edən A.Roy bloqunda dini sistemləri kəskin tənqid edirdi.
Qeyd edək ki, 160 milyon əhalisi olan Banqladeş dünyəvi sistemlə idarə olunsa da insanlarının çoxu müsəlmandır və son zamanlar dini sistemə keçməklə bağlı çağırışların sayı artıb.
İnterpress.az