Lənkəran sakinindən külli miqdarda narkotik götürülübbackend

Lənkəran sakinindən külli miqdarda narkotik götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan rayonun Liman şəhər sakini, 19 yaşlı Arzuman Ehtiram oğlu Səlimzadədən külli miqdarda narkotik vasitələr aşkar edilərək müsadirə olunub.

Saxlanılan şəxsdən götürülən narkotik vasitələrin, o cümlədən heroin, tiryək və həşişin ümumi çəkisi təqribən 1 kiloqramdan çox olub. İstintaqa verdiyi ilkin ifadəsində A. Səlimzadə tutduğu əməlindən peşman olduğunu bildirərək, narkotik vasitəni 6 ay öncə tanış olduğu iranlı sürücüdən əldə etdiyini söyləyib.

Saxlanılan şəxsin sözlərinə görə, onun atası da eyni əmələ görə 8 il həbs cəzası ilə məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az