İnterpress.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Ermənistanla sərhədlərin açılması məsələsi müzakirə mövzusu ola bilərmi?” sualını cavablandıran prezident bunun Qarabağ probleminin həllindən asılı olacağını vurğulayıb:“Qarabağ probleminin həlli istiqamətində addım atılmayınca sərhədlərin açılmaması şərti hələ qüvvədədir. Bu məsələdə addım atılmadıqca sərhədləri aça bilmərik. Putin,Olland və Obama ilə söhbətlərimizdə “maraqlanırıq, maraqlanacağıq” deyirlər. Ancaq heç bir nəticə yoxdur”
İnterpress.az