Moskvada qətlə yetirilən Azərbaycan vətəndaşının kimliyi məlum olub.
Ötən gün Moskvanın cənub-şərqində tikinti gedən ərazidə qətlə yetirilən Azərbaycan vətəndaşı 1969-cu il təvəllüdlü İsgəndərov Radik Həbib oğludur.
Azərbaycanın Gəncə şəhərində doğulan Radik İsgəndərovun Rusiyada yaşamaq üçün icazə sənədi olduğu bildirilib. Onun Moskva şəhəri Toxorevski bulvar 2/39 ünvanında müvəqqəti qeydiyyatda olduğu məlum olub.
Qətlin təfərrüatlarına gəldikdə, şahidlərin ifadələrinə görə, qatilin qafqazlı olduğu məlum olub. Radik İsgəndərov başından, kürəyindən və qasığından odlu silahla atəş açılaraq qətlə yetirilib.
Mərhumun tikinti gedən yerə nə üçün gəldiyi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. ( apa )
10:37
***
İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, evdə təmir işləri aparan ustalar qonşu mənzildə atəş səsləri eşidərərk polis çağırıb.
Hadisə yerinə gələn polis evdə başından və kürəyindən güllələnən 44 yaşlı şəxsin cəsədini aşkarlayıb.
İnterpress.az