Əl-Xasika şəhərinin 15 kilometr cənubunda gedən döyüşlərdə onlarla terrorçu məhv edilib. İnterpress.az Suriyanın rəsmi SANA xəbər agentliyinə istinadən bildirir ki, ordu İŞİD-in Əl-Xasika və Əl-Şəddadi arasındakı Tel-Brak şossesini nəzarətə götürmək planını pozub.
Əl-Xaika vilayəti terrorçuların toplaşma mərkəzi və assur kəndlərindən götürdükləri əsirlərin saxlanıldığı yer kimi bilinir.
İŞİD silahlıları fevralın 23-də Habur çayının kənarımdakı assur kəndlərinə hücum edib. Nəticədə 200 dinc sakin əsir götürülüb, onlarla xristian öldürülüb. Təqribən 30 kənd tamamilə boşaldılıb və 5 mindən çox insan qonşu rayonlara qaçıb.
İnterpress.az