Salyanın 9 günlük işıq problemi – RƏSMİ AÇIQLAMAbackend

Salyanın 9 günlük işıq problemi – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı İnterpress.az-a rayon sakinləri verib. Sakinlərin sözlərinə görə, havanın kəskin pisləşməsi ilə bağlı yaranan işıq problemi həmin vaxtdan etibarən həllini tapmayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq Qaraçala qəsəbəsi, Yolüstü, Aydıngün, Arxarası, Xələc, 1-ci Varlı, 2-ci Varlı, Kərimbəyli, Düzənlik, Qarabağlı, Çadırlı və digər kəndlərdə enerji təminatı bərpa edilməyib.

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı İnterpress.az-a bildirib ki, hələlik “Azərenerji” ilə təhvil-təslim prosesi davam edir: “Buna baxmayaraq Salyandakı problemlə bağlı Texniki Departament məlumatlandırılıb. Vəziyyəti öyrənib problemi aradan qaldırmağa çalışacaqlar. Ən əsası odur ki, əhalinin problemi həll edilsin”.

Elnarə
İnterpress.az