1.Çəhrayı “Hummer Limo”
3 televizor, 1800 vt gücü olan audiosistem, musiqili işıqlar və lazer şousu-bunların hamısı çəhrayı “Hammer”in salonunda var. Çəhrayı rəng təkcə qlamurluğun nişanəsi deyil. Bu limuzinin salonu da çəhrayı rəngdədir. Maşının sahibi deyir ki, limuzin daha çox qadınlar tərəfindən sevilir.
2.Dünyanın ən uzun limuzini
Bu avtomobilin ümumi uzunluğu 30 metrdən çoxdur. Nəhəng maşın 26 təkər üzərində durur. Bu limuzinin içində caqquzi, solari, basseyn, bir neçə yataq və hətta helikopter meydançası var.
3.İki kabinəli limuzin
Bu limuzinin sürücüsü döndərmək barədə düşünmür. Bunun üçün sadəcə digər kabinəyə keçmək lazımdır.
4.Elektrik limuzini-KAZ
KAZ limuzini-müasir italyan-yapon proyektidir. Maşının qurucuları qarşılarına 0 səviyyədə tullantısı olan limuzin ixtira etməyi məqsəd qoyublar. Layihə 5 ilə və 4 milyon dollara başa gəlib. Ancaq nəticə buna dəyib. Maşında hər birinin 74 at gücü olan 6 elektrik mühərriki var. Avtomobilin maksimal sürəti 193,3 kilometr saatdır. 100 kilometri 15 saniyəyə yığır.
5. “Skoda” limuzini
Hənd-meyd (əldə düzəltmə) avtomobilinin nümunəsidir. Bu limuzinin salonu pivə ziyafəti üçün əla yerdir.
6. Böcək-Limuzin
Bu limuzini daha çox “Volkswagen Beetle”in həvəskarları qiymətləndirir.
7. Limuzin Mini
Əgər “Poni də atdır” məsələsini yada salsaq, Minin də limuzin olduğunu qəbul edərik.
8.“Harley Davidson” limuzini
Bunda iki arzu reallaşır – limuzin və əfsanəvi motosiklet. Lakin tənqidçilər bu limuzini Asiya rikşasına bənzədirlər.
9.Yarış limuzini
Kanadalı Mayk Pttipas yeddi yerlik “GP Limo” maşını düzəldib və iddia edir ki, bu maşın 360 kilometr sürət yığa bilir. Lakin çətin ki bununla sürətli yarışda iştirak etmək istəyən 6 nəfər tapılsın.
10.Mersedes limuzin
Bu qəribə maşın “Mercedes-Benze 300TD” markalı avtomobillərin qaynaq edilməsiylə əldə olunub. Limuzinin dizayneri Anti Rahko bunun üçün 10 il sərf edib. Maşın 10 nəfərlikdir, 36 güzgüsü və 86 işıq farı var. Bu qeyri-adi limuzin üçün 40 maşının hissələrindən istifadə olunub. Dəyəri 950 min dollardır.
İnterpress.az