İstanbulda “Xocalıya Ədalət” həftəsibackend

İstanbulda “Xocalıya Ədalət” həftəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birliyinin ictimaiyyətlə əlaqələr katibliyinin məlumatına görə, həftəlik çərçivəsində Türkiyənin Yeni Yüzyıl, Kadir Has, Beykent universitetlərində Xocalı soyqrımına hüquqi, tarixi və beynəlxalq münasibəti əks etdirən konfranslar təşkil olunub. Konfranslarda «İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, İstanbul Türk Ocağı Gənclik Qolları başqanı Mustafa Oğuz Yavaşca, Əməkdar artist Aybəniz Haşımova, Xocalı faciəsinin canlı şahidləri Xəzangül Əmirova, Nicat Həsənov və digər türkiyəli ekspertlər çıxış ediblər.

Daha sonra İstanbulun SultanAhmed meydanında Xocalı dəhşətlərini əks etdirən fotosərgi gerçəkləşdirilib. Fotosərgidə Türkiyə vətəndaşlarına və xarici qonaqlara Xocalı dəhşətləri haqqında məlumat verilib, ingilis və türk dillərində mindən çox məlumat vərəqi paylanılıb.

İstanbul Türk Ocağında baş tutan bağlanış mərasimində isə “Xocalıya Ədalət” həftəsinə yekun vurulub.

İstanbulda “Xocalıya Ədalət” həftəsi

İstanbulda “Xocalıya Ədalət” həftəsi

İnterpress.az