Nazirliyin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, FHN-in ekspertləri hadisə baş verən əraziyə baxış keçiriblər. Baxış zamanı həmin obyektin qanunsuz tikildiyi müəyyənləşib. Həmçinin tikinti zamanı yol verilən nöqsanlar nəticəsində beton tökmək üçün quraşdırılmış taxta qəlib uçub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, bu gün \”virtualaz.org\” saytı Bakıda tikilməkdə olan ticarət mərkəzinin uçması barədə məlumat yayıb.
İnterpress.az