Nemtsovun sevgilisi hələ də polis tərəfindən saxlanılırbackend

Nemtsovun sevgilisi hələ də polis tərəfindən saxlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anna Duritskayanın vəkili Rusiya mediasına bilririb ki, Anna Kiyevə gedib anasını görmək arzusundadır.

“Rusiya ərazisində nəyə görə saxlandığımı anlaya bilmirəm”, Anna Duritskaya Rusiyanın müstəqil “Dojd” telekanalına bildirib.

Duritskayanın sözlərinə görə, polis onun təhlükəsizlik səbəbindən saxlandığını bildirib.

Onun vəkili polisin Anna Duritskaya ilə “nəzakətli davrandığını” qeyd edib.

Boris Nemtsov ötən şənbəyə keçən gecə Moskvanın Böyük Moskvoretsk körpüsündə rəfiqəsilə gəzişdiyi zaman güllələnib.

Həmin andan bir qədər əvvəl 55 yaşlı Nemtsov Anna Duritskaya ilə yaxınlıqdakı restoranda nahar etdikdən sonra gəzintiyə çıxmışdı.

Onlar nahardan sonra Nemtsovun evi istiqamətində gəzişərək körpüdən keçdikləri zaman yaxınlığda ağ rəngli avtomobil dayanıb və Moskva vaxtı ilə 23:40 radələrində açılmış tapanca atəşi nəticəsində Nemtsov ona dəymiş 4 güllədən keçinib. Hadisə zamanı Duritskaya yaralanmayıb.

Vesti.ru saytına əsasən hadisədən dərhal sonra Duritskaya polisə və anasına zəng edib.

Anasının sözlərinə görə, atəş açıldığı zaman “Anna onun əlindən tuturmuş”.

Dojd telekanalına Skype vasitəsilə verdiyi müsahibəsində Anna deyib ki, polis ondan ifadə götürüb, çantası, telefonunu və digər əşyaları yoxlayıb.

Rusiya prezidentinin təhlükəsizliyini təmin edən Federal Mühafizə Xidməti ərazidəki videokameraların Kreml istiqamətində müşahidə apardığından Nemtsovun güllələnməsi anının kameralara düşmədiyini bildirib.

İnterpress.az