Somali Ermənistanı yeməkdə üstələdi – ARAŞDIRMAbackend

Somali Ermənistanı yeməkdə üstələdi – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, son zamanlar keçirilər geniş araşdırmalar göstərib ki, bu ölkələr əhalinin ən pis qidalandığı ölkələrdir. Bununla yanaşı, Afrikanın Çad və Syerra Leone ölkələri ən sağlam qidalanan yerlərdir. Çünki orada insanlar daha çox meyvə, tərəvəz, çərəzlər və taxıl məhsullarından istifadə edirlər.

Kembric Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupu dünyanın 197 ölkəsində 4,5 milyard yetkin insanın qida rasionunu tədqiq edib. 1990-2010-cu illərdəki qidalanmanı araşdırarkən aşkar ediblər ki, gəlir yüksək olan ölkələrdə qeyri-sağlam qidalardan istifadə qismən azalıb. Buna baxmayaraq ABŞ, Kanada, Qərbi Avropa, Avstraliya və Yeni Zellandiya kimi ölkələrdə yaşayan insanlar qeyri-sağlam və keyfiyyətsiz yeməklərlə qidalanırlar.

Onlardan fərqli olaraq Afrikanın Saxaradan cənubda olan bir neçə ölkəsində və Asiyanın bəzi ölkələrində (Çin və Hindistan kimi) son 20 ildə qidalanmada müsbət meyllər qeydə alınıb.

Dünyanın sağlam qidalanan ölkələrinin ilk onluğu:

1.Çad
2. Syerra-Leone
3.Mali
4.Qambiya
5.Uqanda
6.Qana
7.Fil Dişi Sahili
8.Seneqal
9.İsrail
10.Somali

Dünyanın qeyri-sağlam qidalanan ölkələri:

1.Ermənistan
2.Macarıstan
3.Belçika
4.Çexiya
5.Qazaxıstan
6.Belarus
7.Argentina
8.Türkmənistan
9.Monqolustan
10.Slovakiya

Qeyd olunur ki, balanslaşdırılmış qidalanma daha çox yaşlılar arasında müşahidə olunub.

İnterpress.az