Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova \”Gənclərin peşə seçiminin gender aspektləri\” mövzusunda keçirilən konfransda çıxışı zamanı.
Onun sözlərinə görə, 2013-2014-cü illərdə IX-XI siniflər üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin ümumi say nisbəti bir-birinə yaxındır. Lakin ayrı-ayrı bölgələr üzrə bu nisbət çox fərqlidir: \”Respublikanın bir sıra bölgələrində IX sinifdə oxuyan qızlarla XI sinifdə oxuyan qızların sayı azalıb. Bəzən əsas göstərirlər ki, məktəblərin sayı azdır, uzaq məsafədədir, yerlərdə infrastruktur zəifdir. Əlbəttə, bu bəhanədir. Digər səbəblərdən biri də erkən nikahdır. Rəsmi statistik göstəricilərə görə də məhz həmin bölgələrdə erkən nikahların sayı digər yerlərdən daha çox qeydə alınıb. Komitə olaraq silsilə tədbirlər görülür. Lakin problemin həlli istiqamətində kompleks yanaşma və sistemli şəkildə iş aparmaq lazımdır\”.
Komitə sədri əlavə edib ki, valideynlərin təhsil müəssisələrinə nəzarətini daha da gücləndirmək vacibdir: “Onların qanunla məsuliyyətə cəlb edilməsi və bir sıra gender stereotiplərinin aradan qaldırılması sahəsində səylər birləşdirilməlidir. Xüsusilə vətəndaşlar öz məsuliyyətini dərk etməlidir. Əgər onların erkən nikaha məcburetmə və məişət zorakılığı ilə bağlı qəbul olunan qanunlar, məcəllələr haqqında informasiyaları çox olsa, belə cinayətlər də daha az olar\”.
Komitə sədri bəzi ali təhsil müəssisələrinə qəbul olanların böyük hissəsini qızların təşkil etdiyini də vurğulayıb. O qeyd edib ki, bu da seçilən ixtisaslarda ayrı-seçkiliyin yaranmasına gətirib çıxarır: \”İllərlə \”qadın peşəsi\”, \”kişi peşəsi\” adı altında ixtisasların ayrılması sonrakı mərhələlərdə vətəndaşlara, xüsusilə qadın və uşaqlara, ümumi halda isə genofonda mənfi təsir edə bilər. Ona görə də təsadüfən tədbir keçirmək üçün Texniki Universiteti seçməmişik. Bu gün zalda əyləşən qızların sayı göstərir ki, ildən-ilə qızlarımız daha çox texniki və texnoloji ixtisaslara yiyələnmək istəyirlər. Əlbəttə, biz bunu alqışlayırıq. Gənclərimiz bilməlidir ki, peşə seçimi onların cinsindən deyil, bacarıq və biliklərindən asılıdır. Digər tərəfdən, peşələrin əmək bazarına, onun tələbatına uyğun seçilməsi də mühüm əhəmiyyət kəsb edir ki, bu gələcəkdə gənclərin işlə təmin olunmasına müsbət təsir göstərəcək\”.
İnterpress.az