Qızıl dolu maşını oğurladılarbackend

Qızıl dolu maşını oğurladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, oğurlanan qiymətli metalın dəyəri 4 milyon dollardr.

İnsident martın 1-də Şimali Karolina ştatındakı avtomagistralda baş verib. Yük maşını Mayamidən Massaçutes ştatına gedib. Sürücü texniki nasazlığa görə maşını Roli şəhərindən 50 kilometr aralıda yolun kənarında saxlayıb.

Bu zaman yük maşınına ağ furqon yaxınlaşıb. Oradan çıxan 3 silahlı adam sürücünü və mühafizəçiləri yerə yıxıb əllərini bağlayıblar. Daha sonra silahla mühafizəçiləri meşəyə sarı qovublar. Özləri isə qiymətli yükü götürüb aradan çıxıblar.

Qızılı daşıyan “TransValue” nəqliyyat firmasının rəhbəri Cey Rodriqez qarətçilərin tutulmasına yardım edən adama 50 min dollar mükafat vəd edib.

İnterpress.az